Cüdo üzrə 81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi hazırda Azərbaycan milli komandasının üzvü deyil.
Rəsmi açıqlama
sport-az.com-un məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat verib. Federasiya nümayəndələri Mollayinin karyerasını bitirib-bitirmədiyi barədə dəqiq məlumata malik olmadıqlarını bildiriblər.
Səid Mollayinin idman karyerası
Səid Mollayi 2022-ci ilin may ayında Azərbaycan milli komandasına cəlb edilmişdi. 33 yaşlı idmançı 2011-2019-cu illərdə İranı, 2019-2022-ci illərdə isə Monqolustanı təmsil edib.
Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb və Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş mükafata sahib olub.