Azərbaycan Basketbol Liqasında (ABL) XV turun oyunları davam edir.
sport-az.com xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq. Oyunlar A qrupunun çərçivəsində “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.
Günün ilk matçında NTD və “Sərhədçi” üz-üzə gələcək. Görüş saat 16:00-da başlayacaq. Hazırda “Sərhədçi” 19 xalla qrupda beşinci yerdədir. Sonuncu – altıncı yerdə olan NTD isə 18 xal toplayıb.
Saat 19:00-da isə “Naxçıvan” və “Sabah” qarşılaşacaq. “Sabah” 25 xalla qrupun lideridir. Onun ən yaxın izləyicisi olan “Naxçıvan” isə 24 xalla ikinci pillədə qərarlaşıb. Bu oyun turnir cədvəli baxımından böyük əhəmiyyət daşıyır.
XV turun daha əvvəl baş tutmuş oyunlarının nəticələri:
- “Neftçi” – “Abşeron”: 80:56
- “Ordu” – “Quba”: 103:68
- “Kəpəz” – “Sumqayıt”: 90:81