More

    Nikita Simonov Dünya Kubokunun finalına birinci yerdən vəsiqə qazandı

    Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan təmsilçisi Nikita Simonov təsnifat mərhələsini lider kimi başa vuraraq finala yüksəldi. Sport-az xəbər verir ki, Azərbaycan millisinin əsas üzvü özünün əsas hərəkətləri olan halqalar üzərində inamlı çıxış edib. Avropa çempionatının gümüş medalçısı hakimlərdən 14.200 xal alaraq təsnifat mərhələsində birinci yerə sahib çıxıb və finala yüksəlib.

    Qeyd edək ki, Nikita Simonov Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunun birinci mərhələsində də halqalar üzərində gümüş medal qazanmışdı.

    Bundan əvvəl isə Azərbaycan gimnastı Dəniz Əliyeva dayaqla tullanma hərəkətində təsnifat mərhələsini səkkizinci yerdə başa vuraraq finala adlamışdı.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni