“Los-Anceles Leykers”in ulduz basketbolçusu LeBron Ceyms yaxın günlərdə yenidən parketə qayıda bilər. Komandanın baş məşqçisi Cey Cey Redikin sözlərinə görə, təcrübəli forvardın “Çikaqo Bulls” ilə qarşılaşmada iştirak etməsi mümkündür.
Məlumata görə, LeBron son günlərdə qasıq nahiyəsində yaşadığı zədəyə görə bir neçə oyunda komandasına kömək edə bilməyib. Lakin onun sağalma prosesi müsbət davam edir və tibbi heyətin razılığı ilə 23 mart tarixində keçiriləcək oyunda iştirakı planlaşdırılır.
Görüş Los-Ancelesdə baş tutacaq və Bakı vaxtı ilə səhər saat 6:30-da başlayacaq.
LeBron bu mövsüm artıq 58 oyunda meydana çıxıb və oyun başına ortalama 25 xal, 8,2 ribaund və 8,5 assistlə çıxış edib. Bu göstəricilər, 39 yaşlı superulduzun hələ də yüksək səviyyədə oynadığını sübut edir. Onun qayıdışı “Leykers” üçün kritik mərhələdə mühüm rol oynaya bilər, çünki komanda pley-offa yüksəlmək uğrunda mübarizə aparır.



