Azərbaycan Basketbol Liqasında XX turun ilk qarşılaşması bu gün baş tutub. Sport-az xəbər verir ki, ABL-də müntəzəm mövsümün son turuna start verilib.
Turun açılış oyununda B qrupunun autsayderi “Lənkəran” doğma meydanda qrupun lideri “Şəki”ni qəbul edib. Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində keçirilib. Oyuna fəal başlayan meydan sahibləri ilk periodu 1 xal üstünlüklə tamamlasalar da, sonrakı hissələrdə təşəbbüsü əldən veriblər. Matç “Şəki”nin 29 xallıq üstünlüyü ilə başa çatıb – 107:78.
Bu nəticədən sonra “Şəki” qrup mərhələsini lider kimi başa vuraraq pley-offa vəsiqə qazanıb. “Lənkəran” isə mübarizəni play-in mərhələsində davam etdirəcək.
XX turun nəticəsi: 1 aprel, B qrupu
Lənkəran – Şəki 78:107
(23:22, 20:29, 22:32, 13:24)
Məkan: Lənkəran Olimpiya İdman Kompleksi
B qrupunda son vəziyyət:
| Mövqe | Komanda | Oyun | Qələbə | Məğlubiyyət | Xal |
|---|---|---|---|---|---|
| 1 | Şəki | 20 | 16 | 4 | 36 |
| 2 | Gəncə | 19 | 14 | 5 | 33 |
| 3 | Ordu | 19 | 12 | 7 | 31 |
| 4 | Sumqayıt | 19 | 8 | 11 | 27 |
| 5 | Quba | 19 | 5 | 14 | 24 |
| 6 | Lənkəran | 20 | 3 | 17 | 23 |
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında XX turun oyunlarına 6 aprel tarixində yekun vurulacaq.



