Azərbaycan Basketbol Liqasının (ABL) müntəzəm mövsümündə ən çox xal toplayan basketbolçu bəlli olub. “Quba” klubunun hücumçusu Kemeron Cons bu mövsüm 442 xal toplayaraq liderliyi ələ alıb.
Sport-az xəbər verir ki, onu “Sumqayıt”dan Zayon Yunq (420 xal) izləyir. Üçlüyü isə “Gəncə”nin üzvü Corcan Forbs (364 xal) tamamlayır.
Digər fərqlənənlər:
- Orta xalla məhsuldarlıq lideri:
Zayon Yunq – 24.7 xal / oyun - Ən çox blok vuran:
Klavs Kavars (“Sabah”) – 42 blok - Ən yaxşı ribaundçu:
Emanuel Litts (“Lənkəran”) – 221 ribaund - Ən çox asist edən:
Corcan Perkinsi (“Naxçıvan”) – 179 assist
Mövsümün ən məhsuldar oyunçuları statistika baxımından fərdi parıltıları ilə yadda qalıb və pley-off öncəsi diqqət mərkəzinə düşüblə