More

    “Abşeron” və “Sərhədçi” ABL-də pley-offa yüksəldi

    Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsinin bütün iştirakçıları artıq bəllidir.

    Sport-az.com-un məlumatına görə, mövcud çempion “Sabah”ın 1/4 finaldakı rəqibi də dəqiqləşib. Rimas Kurtinaytisın çalışdırdığı Bakı təmsilçisi pley-in mərhələsində “Sumqayıt”ı mübarizədən kənarlaşdıran “Sərhədçi” ilə qarşılaşacaq.

    Bugünkü həlledici oyunda “Neftçi” və “Şəki” ilə yanaşı pley-offa yüksələn digər komanda “Abşeron” oldu. Paytaxt təmsilçisi üçüncü qarşılaşmada “NTD” üzərində qələbə qazanaraq 1/4 finala vəsiqə əldə etdi və burada “Naxçıvan”la qarşılaşacaq.

    Əvvəlki mərhələdə artıq “Gəncə” “Lənkəran”ı, “Ordu” isə “Quba”nı iki oyunda məğlub edərək pley-off biletini təmin etmişdi.

    🔹 ABL – Pley-off, 3-cü oyunlar (16 aprel)

    • 19:00 – “Sumqayıt” – “Sərhədçi” – 94:96 (16:20, 27:20, 25:32, 26:24)
      Sumqayıt Olimpiya İdman Kompleksi
      Seriyada vəziyyət – 1:1
    • 19:00 – “Abşeron” – “NTD” – 81:74 (19:19, 19:15, 22:21, 21:19)
      Bakı İdman Sarayı
      Seriyada vəziyyət – 1:1

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni