Bakıda “Çempionlar Döyüşü” şahmat turniri başa çatıb.
Sport-Az-ın Report-a istinadən verdiyi məlumata görə, rapida və blits üzrə keçirilən yarışların nəticələrinə əsasən, Azərbaycanın şahmat çempionu Rauf Məmmədov, dünya çempionu FİDE tərəfindən təyin olunan Rüstəm Qasımcanovu (Özbəkistan) 12:10 hesabı ilə məğlub edərək qalib gəldi.
Qadınlar arasında isə ölkə çempionu Güney Məmmədzadə eyni hesabla dünya və Avropa çempionu Antoneta Stefanovaya (Bolqarıstan) qalib gələrək turniri başa vurdu.