Barselona “Espanyol” üzərində qələbə ilə La Liqa çempionluğunu təmin etdi

Barselona 2024/25 mövsümündə İspaniya çempionatının qalibi oldu. Kataloniya derbisində əldə edilən əzmkar qələbə komandanın La Liqa tarixində 28-ci titulunu qazanmasına şərait yaratdı.

Qələbəni Laminal Yamal və Fermin Lopes gətirdi

15 may axşamı baş tutan 36-cı turun qarşılaşmasında Espanyol və Barselona komandaları “Kornelya-El Prat” stadionunda üz-üzə gəldi. Matç boyu üstün olan Barselona ilk qolu 53-cü dəqiqədə Lamin Yamalın uzaq küncə vurduğu superqolla açdı. Qarşılaşmanın sonlarında isə Fermin Lopes hesabı 2:0-a çatdıraraq çempionluq möhürünü vurdu.

Espanyol 80-ci dəqiqədə Leandro Kabreyranın qırmızı vərəqəsi ilə azlıqda qaldı və oyun tam olaraq Barselonanın nəzarətində davam etdi.

Barselona La Liqa tarixində 28-ci dəfə zirvədə

Bu qələbə ilə Barselona xalını 85-ə çatdıraraq, ən yaxın izləyicisi Real Madriddən 7 xal irəliləyib və iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

La Liqa çempionluqları üzrə ümumi sıralama:

  • Real Madrid — 36
  • Barselona — 28
  • Atletico Madrid — 11
  • Athletic Bilbao — 8
  • Valencia — 6
  • Real Sociedad — 2
  • Deportivo, Sevilla, Betis — 1

Oyunun detalları

La Liqa, 36-cı tur, 15 may
Espanyol – Barselona – 0:2
Qollar: Lamin Yamal (53), Fermin Lopes (90+5)

Espanyol: Garcia, Romero, Cabrera, Kumbulla, El-Hilali, Lozano (Milla, 60), Urko Gonzalez, Puado (Cheddira, 82), Exposito, Roca (Jofre, 68), Fernandez (Calero, 82)
Barselona: Szczesny, Martin (Balde, 46), Christensen (Fort, 77), Araujo (Cubarsi, 51), Eric Garcia, Pedri, De Jong, Raphinha, Olmo (Gavi, 77), Yamal, Lewandowski (Fermin Lopes, 65)

Xəbərdarlıqlar: Cheddira (84), Kumbulla (90) — Christensen (42), Szczesny (90+5)
Qırmızı vərəqə: Cabrera (80)

Digər nəticə:

Getafe – Athletic Bilbao – 0:2
Qollar: Guruzeta (76), Vivian (89)

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni