NBA nəhəngi yeni sahiblə yollarına davam edəcək
Amerikanın ən tanınmış basketbol klublarından biri olan “Los-Anceles Leykers” tarixində ilk dəfə olaraq son 40 ildə sahiblərini dəyişir. Reuters-in 19 iyun tarixli məlumatına görə, klubun 10 milyard dollar qarşılığında satışı nəzərdə tutulur. Bu, peşəkar idman klubu üçün ödənilən ən yüksək məbləğ olacaq.
Yeni əsas səhmdar: Mark Volter
Klubun əsas səhmdarı TWG Global holdinqinin baş direktoru və sədri Mark Volter olacaq. O, 1979-cu ildən kluba sahiblik edən Bass ailəsi ilə razılığa gəlib. Rəsmi təsdiq hələ verilməyib, lakin ESPN bildirir ki, Ceni Bass klub rəhbərliyində “qubernator” kimi qalacaq və bu, keçid dövrünün sabitliyini təmin edəcək.
Volter idman dünyasında tanınmış simadır. O, artıq Los Angeles Dodgers (beysbol) və Los Angeles Sparks (qadın basketbolu) komandalarında pay sahibidir.
Rekord transfer məbləği
Bu satışla Volter, mart ayında 6,05 milyard dollara satılan Boston Celtics klubunu da geridə qoyaraq, idman tarixində ən yüksək transfer məbləğinə sahib klub sahibi olacaq.
Klubun hazırkı durumu
“Leikers” bu mövsüm pley-offda uğursuz çıxış edib – komanda ilk mərhələdə “Minnesota”ya 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdı.



