“Sabah” klubunun yeni baş məşqçisi məlum oldu

“Sabah” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Bakı təmsilçisinin mətbuat xidmətinin verdiyi məlumata görə, komandaya litvalı mütəxəssis Valdas Dambrauskas rəhbərlik edəcək.

Sport-az.com-un xəbərinə görə, 46 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Valdas Dambrauskasın baş məşqçi karyerası kifayət qədər zəngin olub. O, indiyədək aşağıdakı komandaları çalışdırıb:

  • “Ekranas” (Litva, 2013–2014)
  • “Jalgiris” (Litva, 2014–2017)
  • RFS (Latviya, 2017–2020)
  • “Qoritsa” (Xorvatiya, 2020–2021)
  • “Hayduk Split” (Xorvatiya, 2021–2022)
  • “Ludoqorets” (Bolqarıstan, 2021)
  • “OFİ Krete” (Yunanıstan, 2022–2023)
  • “Dyoşdyor” (Macarıstan, 2025)

Dambrauskas karyerası ərzində bir sıra uğurlara da imza atıb:

  • 1 dəfə Bolqarıstan çempionu (2020/21)
  • 2 dəfə Litva çempionu (2014/15, 2015/16)
  • 1 dəfə Latviya kubokunun qalibi (2018/19)
  • 3 dəfə Litva kubokunun qalibi (2014/15, 2015/16, 2016/17)
  • 1 dəfə Xorvatiya kubokunun qalibi (2021/22)
  • 2 dəfə Litva Superkubokunun qalibi (2015/16, 2016/17)
  • 1 dəfə Bolqarıstan Superkubokunun qalibi (2021/22)

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni