Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışları baş tutacaq.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan millisi 1/8 final mərhələsində Almaniya yığması ilə qarşılaşacaq.
Qarışıq komanda yarışı çərçivəsində ümumilikdə altı çəki dərəcəsində döyüşlər keçiriləcək. Bu çəkilər aşağıdakılardır:
- Kişilər: -73 kq, -90 kq, +90 kq
- Qadınlar: -57 kq, -70 kq, +70 kq
Ümumi mübarizəyə 16 komanda qatılıb, yarışlarda isə 172 cüdoçu iştirak edir.
Təsnifat mərhələsinin görüşlərinə saat 12:00-da, final blokuna isə saat 20:00-da start veriləcək.



