Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının B divizionunda növbəti qarşılaşmasını keçirib. Sport-az.com xəbər verir ki, millimiz dördüncü turda İslandiya yığması ilə üz-üzə gəlib və 86:79 hesabı ilə rəqibini məğlub edib.
Bu qələbə ilə komandamız turnirdə ikinci uğurunu əldə edib.
Millimizin nəticələri:
- Bosniya və Herseqovina – qələbə (83:81)
- Ukrayna – məğlubiyyət (65:78)
- Litva – məğlubiyyət (31:82)
- İslandiya – qələbə (86:79)
Yığmamız turnirdəki növbəti oyununu sabah Kosovo millisinə qarşı keçirəcək.



