Transfermarkt məlumatına əsasən, La Liqa tarixində ən bahalı transfer 2017-ci ildə Usman Dembelenin “Borussiya Dortmund”dan “Barselona”ya keçidi olub. Kataloniya klubu fransalı vinger üçün 135 milyon avro ödəyib.
İlk üçlük:
- Usman Dembele – “Borussiya” → “Barselona” (2017) – 135 milyon €
- Joau Feliks – “Benfika” → “Atletiko Madrid” (2019) – 127 milyon €
- Eden Hazard – “Çelsi” → “Real Madrid” (2019) – 120 milyon €
Maraqlıdır ki, bu üç rekord transfer də idman baxımından uğursuz hesab olunur. Dembele zədələrlə, Feliks uyğunlaşma problemləri ilə, Hazard isə formadan uzaq performansı ilə yadda qaldı.
“Real Madrid” isə yaxın zamanda tarixində ən bahalı satışa imza ata bilər – bu, Vinisiusun Səudiyyə Ərəbistanına potensial transferi ilə əlaqələndirilir.



