Sport-az.com-un məlumatına görə, sosial şəbəkələrdə diqqət çəkən Məhəmməd Dabon gələn mövsümdən etibarən Kataloniya klubu “Barselona”nın basketbol komandasının əsas heyətində çıxış edəcək.
Sport.es portalının yaydığı xəbərə görə, 210 sm boyunda olan 13 yaşlı burkina-fasolu basketbolçu Sayon Keita ilə birlikdə əsas komandaya qatılacaq. Keita 17 yaşında və 212 sm boyundadır.
Nəşr qeyd edir: “Barselona” komandası Dabon və Keitanı gələn mövsüm aparıcı oyunçular kimi görmək niyyətindədir. Hər iki basketbolçu artıq qalan heyətlə birgə məşqlərə başlayacaq”.
Həm Dabon, həm də Keita bu il Abu Dabidə Avroliqanın gənclər turnirində çıxış edib. Dabon özündən yaşca böyük rəqiblərə qarşı oynayaraq ortalama 12,0 xal əldə edib.



