Azərbaycan yığması “Qalatasaray”a qalib gəldi

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan milli komandası Türkiyədə keçirilən təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib. Sport-az.com xəbər verir ki, yığmamız “Qalatasaray”ın U-18 komandası ilə üz-üzə gəlib.

Oyun ərzində daha üstün oyun nümayiş etdirən Azərbaycan komandası 57:50 hesabı ilə qalib gəlib. Hazırlıq prosesi avqustun 18-dək davam edəcək və millimiz yoxlama oyunları vasitəsilə oyun formasını gücləndirməyə çalışacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni