More

    “Sumqayıt” 4 basketbolçu ilə yollarını ayırıb

    Sumqayıt basketbol klubu 4 oyunçu ilə müqaviləni uzatmayıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Gənclik şəhəri” təmsilçisi amerikalı basketbolçular Zayon Yanq, Endryu Louder, Kolin Qolson və Eli Lourenslə vidalaşıb. Zayon Yanq mövsüm ərzində liqada xal və üçlük atışları üzrə lider olub, Endryu Louder isə orta hesabla 21 xal və 8,4 asistlə mövsümün ikinci yarısında komandaya töhfə verib. Kolin Qolson 18,5 xal və 8,1 ribaund ortalaması ilə fərqlənib, Eli Lourens isə Texas A&M Universitetindən sonra peşəkar karyerasına burada başlamışdı.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni