Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 4-cü “Ocaq Cup” adlı beynəlxalq turnir qarşıdakı günlərdə davam edir. Yarışın açılış günündə 2016-2019-cu il təvəllüdlü gimnastlar müxtəlif alətlərdə fərdi proqramlarda çıxış ediblər.
Turnirdə ümumilikdə 13 ölkədən 339 gimnast iştirak edir. Yüksək səviyyədə keçirilən yarış noyabrın 2-də yekunlaşacaq.
Təşkilatçılar bildirirlər ki, “Ocaq Cup” gənc idmançıların təcrübə toplaması və beynəlxalq arenada uğur qazanmaları üçün böyük əhəmiyyət kəsb edir.