Cokoviçdən növbəti rekord: ATP reytinqinin ilk 20-liyində 1000 həftə

Serbiyalı tennis əfsanəsi Novak Cokoviç karyerasına daha bir tarixi göstərici əlavə edib. Hazırda ATP reytinqində 8-ci pillədə qərarlaşan təcrübəli tennisçi dünya reytinqinin ilk 20-liyində keçirdiyi həftələrin sayını 1000-ə çatdırıb.

39 yaşlı idmançı bu göstəriciyə iyunun 22-də nail olub və ATP tarixində belə uğura imza atan cəmi ikinci tennisçi kimi adını rekord kitablarına yazdırıb. Cokoviç ilk dəfə 2006-cı ildə dünyanın ən güclü 20 tennisçisi sırasına daxil olmuşdu və o vaxtdan bəri uzun illər elit səviyyədə qalmağı bacarıb.

Rekordun sahibi hələ də Federerdir

Novak Cokoviçin karyerasındakı ən diqqətçəkən məqamlardan biri də onun ATP reytinqinin zirvəsində keçirdiyi müddətdir. Serb tennisçi 1000 həftəlik göstəricisinin 428 həftəsini dünya reytinqinin lideri statusunda keçirib ki, bu da ATP tarixinin rekordudur.

Bununla belə, ilk 20-liyin üzvü kimi keçirilən ümumi həftələrin sayına görə liderlik hələ də isveçrəli tennis əfsanəsi Roger Federerə məxsusdur. Federer karyerası ərzində ATP reytinqinin ilk 20-liyində ümumilikdə 1064 həftə yer alıb.

Bu siyahıda üçüncü pillədə ispaniyalı Rafael Nadal qərarlaşıb. Onun aktivində 927 həftə var. Dördüncü sırada isə amerikalı Andre Aqassi yer alır. O, ilk 20-likdə ümumilikdə 868 həftə keçirib.

Cokoviçdən növbəti rekord: ATP reytinqinin ilk 20-liyində 1000 həftə
Cokoviçdən növbəti rekord: ATP reytinqinin ilk 20-liyində 1000 həftə

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni