Dünya çempionatı: Kolesnik və Manolova uduzub

Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatında bu gün qadın güləşçilər mübarizəyə başlayıblar.

Sport-az.com xəbər verir ki, bu gün 4 çəki dərəcəsində medallar uğrunda gərgin yarış gedir. Azərbaycanı təmsil edən qadın güləşçilər bu çəkilərdən ikisində mübarizəyə qoşulub.

59 kq
Azərbaycan güləşçisi Alyona Kolesnik 1/8 final mərhələsində braziliyalı Ana Luiza Pereyraya tam üstünlüklə (16:6) qalib gələrək 1/4 finala yüksəlib. Lakin növbəti mərhələdə monqolustanlı Tserençimed Sukii ilə qarşılaşmada 9:0 hesabı ilə məğlub olub.

65 kq
Elis Manolova təsnifat mərhələsində Polşa təmsilçisi Natalya Gizelə qarşı sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib və 1/8 finala yüksəlib. Sonrakı qarşılaşmada isə rumıniyalı Ekaterina Zelenıxa 0:11 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 31-də başa çatacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni