Azərbaycan I Liqasının IV turunda mövsümün ən məhsuldar qarşılaşmalarından biri baş tutub. Binə qəsəbə stadionunda keçirilən oyunda “Şahdağ Qusar” doğma azarkeşləri önündə “Zaqatala”nı 6:0 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb.
Meydan sahibləri ilk dəqiqələrdən üstün oyun nümayiş etdirərək hesabı erkən açıblar. Komanda fasiləyə qədər üç dəfə fərqlənib, ikinci hissədə isə daha üç qol vuraraq rəqibinə heç bir şans verməyib.
“Şahdağ Qusar”ın heyətində İ.Butrif 5-ci dəqiqədə hesabı açıb. Daha sonra M.Baxşalı 19-cu və 90-cı dəqiqələrdə dubla imza atıb. J.Zenqo 38-ci və 62-ci dəqiqələrdə fərqlənərək komandasının üstünlüyünü artırıb. Qarşılaşmada son qol isə 83-cü dəqiqədə A.Çipessenin hesabına yazılıb.
Beləliklə, meydan sahibləri IV turu böyükhesablı qələbə ilə başa vuraraq aktivinə növbəti üç xalı əlavə edib.
Azərbaycan I Liqası, IV tur
“Şahdağ Qusar” – “Zaqatala” 6:0
- Qollar: İ.Butrif, 5 ;M.Baxşalı, 19, 90; J.Zenqo, 38, 62; A.Çipesse, 83
- Baş hakim: Əkbər Əhmədov
- Yan xətt hakimləri: Sənan Atayev, Safalı Ağayev
- Ehtiyat hakim: Nazim Abdullayev
“Növbəti oyun günü oktyabrın 9-da keçiriləcək. Həmin gün MOİK “Mingəçevir”i, “Şimal” isə “Xankəndi”ni qəbul edəcək. IV turun son qarşılaşması isə oktyabrın 10-da baş tutacaq. “Gəncəbasar” doğma meydanda “Baku Sporting”lə üz-üzə gələcək. Bütün görüşlərin start fiti saat 15:30-da səslənəcək.”






