23 yaşlı kolumbiyalı tennisçi Kamilya Osorio (WTA reytinqi: 54) Bogotada keçirilən WTA 250 turnirinin qalibi olub. O, finalda Polşanı təmsil edən Katarjina Kavaya (WTA 223) qarşı 6:3, 6:3 hesabı ilə üstünlük qazanıb və karyerasında üçüncü WTA titulunu əldə edib.
Yalnız vətəndə qazanır
Maraqlıdır ki, Osorio bu günə qədər qazandığı bütün WTA titullarını məhz Kolumbiyada – Bogotada qazanıb. Bu, onun üçün uğurlu şəhərdir. O, burada 2021, 2024 və 2025-ci illərdə qalib gəlib.
Finaldan əvvəl
Turnirin əsas sürprizi 16 yaşlı amerikalı tennisçi Julieta Parexa oldu. O, sıralamada 550-ci olmasına baxmayaraq, yarımfinala qədər yüksəldi və yalnız Kava qarşısında dayandı.
Kamilya Osorio-nun Bogotadakı titula gedən yolu:
- 1/16 final: Kamilya Osorio [2] – Mariana Barraza [WC] – 6:0, 6:1
- 1/8 final: Kamilya Osorio [2] – Emina Bektash – 1:6, 7:6 (7:5), 6:2
- 1/4 final: Kamilya Osorio [2] – Tatiana Maria [6] – 6:1, 6:3
- 1/2 final: Kamilya Osorio [2] – Yuliya Riera – 6:4, 7:5
- Final: Kamilya Osorio [2] – Katarjina Kava – 6:3, 6:3