Konor Makqreqor oktaqona qayıtmağa hazırlaşır: “The Notorious geri dönür”

UFC-nin iki çəki dərəcəsində keçmiş çempionu Konor Makqreqor ağır diz zədəsindən sonra məşqlərini bərpa edib. İrlandiyalı döyüşçü sosial şəbəkədə paylaşım edərək yenidən idman zalına qayıtdığını və fiziki hazırlığını artırmağa başladığını bildirib.

38 yaşlı idmançı bərpa prosesinin uğurla davam etdiyini, dizinin vəziyyətinin yaxşılaşdığını və növbəti təlim-məşq düşərgəsinə hazırlaşdığını açıqlayıb.

Makqreqor məşqlərə qayıtdığını elan edib

İrlandiyalı döyüşçü sosial şəbəkədəki paylaşımında artıq ayaq əzələlərini gücləndirən hərəkətlərə başladığını qeyd edib.

“Makqreqor qayıtdı! İdman zalında məşqlərə başlamışam. Ayaq pressi, dartma hərəkətləri edirəm, dizimi yükləyir və ciddi güc toplayıram. Dizim hazırdır, gücüm geri qayıdır, bədənim isə tam gücü ilə işləyir. Təlim-məşq düşərgəsinə hazırlaşıram. The Notorious geri dönür”.

Makqreqor hazırda UFC ilə müqaviləsi çərçivəsində qalan son döyüşünə çıxmaq istəyir. O, Holloueylə yenidən qarşılaşmaqda maraqlıdır və 2027-ci ildə oktaqona qayıtmağı hədəfləyir.

Bununla belə, irlandiyalının növbəti döyüşünün tarixi və rəqibi hələ rəsmən müəyyənləşdirilməyib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni