Madrid Masters-də sürpriz: 21 yaşlı belçikalı tennisçi 1/4 finalda

İspaniyanın paytaxtı Madriddə keçirilən ATP 1000 turnirində növbəti sensasiya qeydə alınıb. Dünya reytinqində 69-cu pillədə qərarlaşan 21 yaşlı belçikalı tennisçi Aleksander Bloks turnirin 1/8 final mərhələsində güclü rəqibini mübarizədən kənarlaşdıraraq 1/4 finala yüksəlib.

O, bu mərhələdə reytinqdə 20-ci olan argentinalı Françesko Serundolonu 1 saat 40 dəqiqə davam edən qarşılaşmada məğlub edib.

ATP 1000 Madrid
1/8 final:

  • Françesko Serundolo (Argentina) [16] – Aleksander Bloks (Belçika) – 6:7 (8:10), 2:6

Matçın ilk seti xüsusilə dramatik alınıb. Bloks 12-ci geymdə rəqibin üç setbolunu xilas edib, daha sonra tay-brekdə də bir setbolu dəf edərək üstünlüyü ələ alıb. Bu qarşılaşma tərəflər arasında ilk duel kimi tarixə düşüb.

Gənc tennisçi bu nəticə ilə karyerasında mühüm uğura imza atıb. O, ATP 1000 turnirlərində 1/4 finala yüksələn ən gənc belçikalı tennisçi kimi rekord müəyyənləşdirib və əvvəlki göstəricini geridə qoyub.

Reytinqdə yüksəliş və növbəti rəqib

Madrid turnirində uğurlu çıxışı Bloksun dünya reytinqində də ciddi irəliləyişinə səbəb olacaq. O, növbəti yenilənmədə ilk dəfə ATP-nin “top-50” siyahısına daxil olacaq. Hazırda canlı reytinqdə 46-cı pillədə qərarlaşıb.

Belçikalı tennisçi bu turnirdə Serundolodan əvvəl Kristian Qarini, Brendon Nakaşimanı və Feliks Oje-Alyassimi də məğlub etməyi bacarıb.

Onun növbəti rəqibi isə ötən ilin Madrid çempionu Kasper Ruud olacaq. Bu qarşılaşma gənc idmançı üçün növbəti ciddi sınaq kimi qiymətləndirilir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni