NBA-nın müntəzəm çempionatında noyabrın 12-dən 13-nə keçən gecə dörd qarşılaşma keçirilib. Oyun gününün ən gərgin mübarizəsi Vaşinqtonda yaşanıb. “Detroyt Pistons” iki overtaymdan sonra qalib gəlib, “Minnesota Timberwolves” böyük hesablı qələbə qazanıb, “Filadelfiya Seventi Siksers” isə geridönüş edib.
“Vaşinqton Uizards” və “Detroyt Pistons” arasında görüş sonadək gərgin keçib. Matç ərzində komandalar arasındakı ən böyük fərq 11 xalı keçməyib. Əsas vaxt 121:121 hesabı ilə başa çatıb, ilk overtaymda da qalib müəyyənləşməyib – 132:132.
İkinci əlavə hissəyə ardıcıl beş xal qazanmaqla başlayan “Detroyt” üstünlüyünü qoruyaraq 144:140 hesablı qələbə əldə edib.
Qonaqların heyətində Keyd Kanninqem 52 xal və 11 məhsuldar ötürmə ilə dabl-dabl edib. Ausar Tompson isə 17 xal, 11 ribaund və 11 ötürmə ilə tripl-dabl müəllifi olub. Pol Rid də 13 xal və 11 ribaundla fərqlənib.
Filadelfiya geridönüş etdi, Minnesota 39 xal fərqlə qalib gəldi
“Filadelfiya” doğma meydanda “Toronto Raptors”la görüşə uğursuz başlayıb. Kanada təmsilçisi ilk periodda 33:16 hesabı ilə önə keçsə də, meydan sahibləri ardıcıl 15 xal toplayaraq fərqi minimuma endiriblər. Böyük fasiləyə komandalar 60:60 hesabı ilə yollanıblar.
Üçüncü periodun sonlarına yaxın “Filadelfiya” 11:0 hesablı seriya ilə üstünlüyünü artırıb və hesabı 96:85-ə çatdırıb. Son hissədə də üstünlüyünü qoruyan komanda 123:112 hesabı ilə qalib gəlib. Tayriz Maksi 27 xalla qaliblərin ən məhsuldar basketbolçusu olub.
“Minnesota Timberwolves” isə “Dallas Mavericks”ə qarşı bütün periodları üstün tamamlayıb. Meydan sahibləri rəqibini 133:94 hesabı ilə darmadağın ediblər.
“Minnesota”nın altı basketbolçusu ən azı 10 xal toplayıb. Naşon Haylend 24 xalla komandasının ən məhsuldar oyunçusu olub.
Gecənin digər qarşılaşmasında “Finiks Sans” “Şarlott Hornets”i 101:96 hesabı ilə məğlub edib. Devin Buker 30 xalla qələbədə əsas rol oynayıb.
NBA: Oyunların nəticələri və basketbolçuların statistikası
Vaşinqton – Detroyt – 140:144 (2 OT)
Periodlar: 32:33, 29:31, 29:30, 31:27, 11:11, 8:12.
Vaşinqton: Yanq (37 xal + 2 ribaund + 14 ötürmə), Devis (30+15+4), Sarr (30+9+2), Corc (14+1+5), Conson (13+4+2), Dibantsa (5+8+4), Kulibali (4 xal + 7 ribaund), Rayli (3 xal), Eyton (2 xal + 4 ribaund), Kerrinqton (2 xal + 2 ötürmə).
Detroyt: Kanninqem (52+5+11), Cenkins (21 xal + 6 ribaund), Tompson (17+11+11), Rid (13+11+3), Robinson (13+3+1), Huerter (11 xal + 1 ribaund), Kollinz (10 xal + 4 ribaund), Qrin (5 xal + 1 ribaund), Holland (2+5+2).
Filadelfiya – Toronto – 123:112
Periodlar: 24:33, 36:27, 36:27, 27:25.
Filadelfiya: Maksi (27+2+8), Embiid (20+4+3), Braun (18+6+2), Simmons (17+3+2), Edjcomb (15+8+8), Koldvell-Poup (11+4+5), Uoker (9+8+1), Veyd (6+5+2), Edvards (1 ribaund), Foll (0), Filon (0), Lav (0).
Toronto: Barret (31+14+5), Kuikli (26+4+6), Mürrey-Boylz (14 xal + 4 ötürmə), Bettl (13+1+1), Pöltl (9+5+3), Martin (7+4+1), Uolter (6 xal + 5 ribaund), Şed (5+1+5), Bredli (1 xal), Qreyvs (2 ribaund), Anderson (1 ötürmə), Smit (0).
Minnesota – Dallas – 133:94
Periodlar: 34:26, 33:26, 36:17, 30:25.
Minnesota: Haylend (24+3+8), Boll (22+3+9), Dosunmu (18+2+1), Makdeniels (16+9+3), Kuminga (14+8+5), Berinje (13 xal + 9 ribaund), Qober (9+6+1), Klark (7+6+2), Şennon (6+2+4), Evans (2 xal + 1 ribaund), Layls (2 xal), Uilyams (1 ribaund).
Dallas: Risaşe (22+6+3), Marşall (13+1+4), Fleqq (12+7+3), İrvinq (10+3+4), Vaşinqton (10 xal + 3 ribaund), Martin (7+2+5), Kleyton (5+1+4), Aldama (3+1+1), Qefford (3+3+1), Hovard (3 xal), Kristi (3 xal + 2 ribaund), Sasser (3 xal + 1 ribaund), Conson (2 ribaund), Laval (6 ribaund + 1 ötürmə), Sisse (0).
Finiks – Şarlott – 101:96
Periodlar: 28:22, 27:28, 17:26, 29:20.
Finiks: Buker (30+1+7), Bruks (15+3+1), Gillespi (13+2+1), Qrin (12 xal + 4 ribaund), Brics (11+6+3), Kennard (8+1+1), Qudvin (6+5+2), Maluaç (4+2+1), İqodaro (2+3+7), Dann (4 ribaund).
Şarlott: Uayt (21+3+3), Rid (16+8+3), Allen (14+4+6), Anderson (13 xal + 2 ötürmə), Uilyams (11+2+1), O’Nil (7 xal + 4 ribaund), Diabate (7+13+2), Ceyms (3+8+6), Kalkbrenner (2+6+1), Salon (2 xal + 4 ribaund).
Statistikada rəqəmlər ardıcıllıqla xal, ribaund və məhsuldar ötürməni göstərir.







