Azərbaycan konkurçusu Patrik Makenti Belçikanın Lier şəhərində keçirilən turnirdə uğurlu nəticə göstərərək ikinci yeri tutub.
135 santimetr hündürlüyündə maneələrin dəf edilməsi üzrə yarışda 39 idmançı mübarizə aparıb. Makenti marşrutu 59,90 saniyəyə tamamlayıb və 0 cərimə balı ilə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Azərbaycan təmsilçisi 6-8 yaşlı atların 130 santimetr hündürlüyündə maneələri dəf etməsi üzrə yarışda da iştirak edib. Bu kateqoriyada 28 idmançı mübarizə aparıb. Makenti marşrutu 69,16 saniyəyə və cərimə balı almadan başa vuraraq beşinci yeri tutub.
Patrik Makentini növbəti mühüm yarış sentyabrın 16-20-də gözləyir. Azərbaycan konkurçusu Belçikanın Lanaken şəhərində təşkil olunacaq gənc atlar arasında konkur üzrə dünya çempionatında mübarizə aparacaq.
Beləliklə, Makenti dünya çempionatı ərəfəsində Lierdə keçirdiyi yarışlardan birini ikinci, digərini isə beşinci pillədə tamamlayıb.





