Portuqaliya – Azərbaycan oyununun hakimləri bilindi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının I pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi cavab oyununun hakim təyinatları açıqlanıb.

Sport-az.com xəbər verir ki, oktyabrın 29-da Vizela şəhərində baş tutacaq qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Şona Şukrulaya köməkçi hakimlər Martina Bur və Eşli de Haan dəstək verəcəklər. Culia van Es dördüncü hakim funksiyasını yerinə yetirəcək, VAR sistemi isə Yohem Kampхheys və Edvin van de Qraf tərəfindən idarə olunacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni