Türkmənistan III MDB Oyunlarında iştirakını rəsmiləşdirdi

Azərbaycanda baş tutacaq III MDB Oyunlarında iştirak edəcək ölkələrin sayı artıb. Türkmənistan da rəsmi şəkildə yarışlara qatılacağını bəyan edib.

Sport-az.com xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb. Bildirilib ki, Türkmənistan 170 idmançı ilə yarışlarda təmsil olunacaq.

Beləliklə, oyunlarda iştirakını təsdiqləyən ölkələrin sayı 8-ə yüksəlib. Daha əvvəl iştirakını rəsmiləşdirən ölkələr:

  • Azərbaycan – 349 idmançı
  • Rusiya – 263
  • Qazaxıstan – 259
  • Özbəkistan – 257
  • Belarus – 255
  • Tacikistan – 202
  • Qırğızıstan – 85
  • Türkmənistan – 170

Bu günə qədər qeydiyyatdan keçmiş nümayəndə heyətlərinin ümumi sayı 2 666 nəfər, onların içində isə 1 846 nəfər idmançıdır. Yarışlarda 477 nəfər komanda, 1 363 nəfər fərdi növlərdə mübarizə aparacaq.

Yarış haqda ətraflı

III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində baş tutacaq. Yarışlar Azərbaycanda 7 şəhərdə yerləşən 12 idman obyektində, ümumilikdə 23 idman növü üzrə keçiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni