Azərbaycan cüdo yığmasının heyətində qarşıdan gələn Avropa çempionatı öncəsi vacib dəyişiklik baş verib.
Sport-az.com saytının Azərbaycan Cüdo Federasiyasına istinadən yaydığı məlumata görə, 73 kq çəki dərəcəsində çıxış edən, olimpiya çempionu, dünya və dördqat Avropa çempionu Xidayət Heydərov səhhətində yaranan problemlərə görə millinin heyətindən çıxarılıb. Həkimlərin qərarına əsasən idmançı bu dəfə tatamiyə çıxmayacaq.
Onun əvəzinə Avropa çempionatında Rəşid Məmmədəliyev Azərbaycanı təmsil edəcək.
Azərbaycan cüdo yığması Avropa çempionatına hazırlaşır
Böyüklər arasında Avropa çempionatı 23–27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Azərbaycan yarışda ümumilikdə 15 cüdoçu ilə təmsil olunacaq – 9 kişi və 6 qadın idmançı.
Komandanın heyəti böyük ümidlərlə Avropa arenasına yollanacaq. Lakin Xidayət Heydərov kimi təcrübəli cüdoçunun yoxluğu yığma üçün ciddi itki hesab olunur.