Əfsanəvi futbolçu Məsut Özil Bakıya gəlir

Dünya futbolunun əfsanəvi ulduzu Məsut Özil bu həftə Bakıya səfər edəcək.

Sport-az.com-ın məlumatına görə, səfəri “Qarabağ” Futbol Klubu təşkil edir. Klubun rəsmi açıqlamasına əsasən, Məsut Özil “Qarabağ” FK-nın açıq məşqində iştirak edəcək və daha sonra gənc futbolçularla əyləncəli bir oyunda qüvvəsini sınayacaq.

Klubun açıqlamasında deyilir:
“Futbolsevərlər üçün böyük sürprizimiz var! Futbol tarixinə qızıl hərflərlə yazılmış Mesut Özil oktyabrın 11-də bizimlə olacaq. Gənc futbolçularla maraqlı oyun, sürprizlər və hədiyyələrlə zəngin futbol axşamı sizi gözləyir!”

Tədbir 11 oktyabrda, saat 16:30-da “Azersun Arena”da baş tutacaq və tədbirə giriş sərbəstdir. “Qarabağ” FK bütün futbolsevərləri stadiona dəvət edir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni