“Qarabağ”ın daha bir futbolçusu milliyə dəvət aldı

“Qarabağ” klubunun daha bir legioneri milli komandaya çağırılıb.

Sport-az.com-ın verdiyi məlumata görə, Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade Kabo-Verde milli komandasına dəvət olunub. Klubun mətbuat xidmətinin məlumatına əsasən, 31 yaşlı yarımmüdafiəçi Botsvana ilə matçlar üçün yığmaya qoşulacaq.

Kabo-Verde millisi Botsvana ilə 10 və 15 oktyabr tarixlərində qarşılaşacaq.

Qeyd edək ki, bu ay “Qarabağ”ın digər legionerləri Marko Yankoviç Monteneqro millisinə, Yassin Benzia isə Əlcəzair yığmasına dəvət alıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni