U-23 millimiz İngiltərəni “quru” hesabla məğlub edərək yarımfinala yüksəldi

Azərbaycanın U-23 minifutbol milli komandası Xorvatiyanın Malıy Loşin şəhərində təşkil edilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

Sport-az.com-ın verdiyi məlumata görə, 1/4 finalda Rəcəb Fərəczadənin rəhbərlik etdiyi komandamız İngiltərənin uyğun yaş qrupuna aid yığması ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Yarımfinal görüşü sabah keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Serbiyaya 1:5, Çexiyaya isə 0:2 hesabı ilə uduzsa da, Hindistan yığmasına 16:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlmişdi.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni