11-13 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutacaq “Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçuları medallar uğrunda mübarizəyə qatılacaq. Turnirdə 30 ölkədən 232 cüdoçu iştirak edəcək.
Azərbaycan milli yığma komandası bu mötəbər yarışda 8 çəki dərəcəsində 12 kişi və 2 qadın idmançı ilə təmsil olunacaq. İdmançılar böyüklərdən ibarət yığmanın baş məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin (kişilər), qadın yığmasının baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında yarışacaqlar.
Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev də yarışda hakimlərdən biri kimi çıxış edəcək.
Azərbaycanı təmsil edəcək cüdoçular:
Qadınlar
- 48 kq: Leyla Əliyeva
- 57 kq: Acelya Toprak
Kişilər
- 60 kq: Balabəy Ağayev, Hüseyn Allahyarov
- 66 kq: Ruslan Paşayev, Rəşad Yelkiyev
- 73 kq: Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev
- 81 kq: Zelim Tçkayev, Ömər Rəcəbli
- 90 kq: Murad Fətiyev, Musa Hüseynli
- +100 kq: İmran Yusifov, Uşanqi Kokauri