More

    Real Madrid — Yuventus: Avropa nəhənglərinin yeni görüşünə MelBet baxış

    Sənin üçün xüsusi olaraq 22 oktyabrda Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək Çempionlar Liqasının 3-cü turunun mərkəzi qarşılaşmasına dair MelBet baxış hazırladıq.

    Real ardıcıl üçüncü qələbəyə köklənib

    Çempionlar Liqasının ilk turunda Marsel üzərində ev qələbəsi Xabi Alonso komandasına gözləniləndən daha çətin başa gəldi. Oyunun əvvəlində Madrid klubu zədələnən Trent Aleksander-Arnoldu itirdi, az sonra isə qonaqlar Timoti Vea-nın səyi ilə hesabı açdılar. Los Blancos-un bərabərlik və 3 xal üçün iki penaltidən yararlanmasına ehtiyac oldu, hər iki zərbəni Kilyan Mbappe dəqiq yerinə yetirdi.

    Reala əlavə zərbə isə Dani Karvaxalın qırmızı vərəqəsi oldu – Madrid veteranı hesab 1:1 olarkən meydandan qovuldu. Nəticədə Xabi Alonso ikinci turun səfər oyunu – Kayratla qarşılaşma üçün nominal sağ müdafiəçilərsiz qaldı. Çempionlar Liqasının debütantına qarşı qələbə Reala asan başa gəldi – Mbappenin het-triki, həmçinin Eduardu Kamavinqa və Braim Diasın qolları Qazaxıstan çempionlarının 5:0 hesabı ilə darmadağın edilməsini təmin etdi. Lakin Karvaxal hələ də Yuventusla oyun üçün diskvalifikasiya olunub, Trentin isə zədədən tam bərpa olunmadığı bildirilir. Alonsoya xeyli güclü rəqibə qarşı matçda yenidən eksperimentlərə əl atmaq lazım gələ bilər.

    Daxili arenada Real 8 çempionat oyunundan 7-də qalib gəlib və turnir cədvəlində birinci yerdə qərarlaşıb. Bununla belə, Los Blancos Madrid derbisində Atletikodan 2:5 hesabı ilə ağır məğlubiyyət alıb və bu oyun indiyədək Alonsonun komandası üçün yeganə ciddi sınaq olub. Yuventusla qarşılaşma Realın gücünü yoxlayacaq ikinci böyük imtahan olacaq, üstəlik bu görüşdən cəmi 4 gün sonra madridliləri El-Klasiko gözləyir.

    Yuventus səfər uğursuzluqlarına son qoymağa çalışacaq

    Turinlilər yeni Avropa mövsümünə Dortmund Borussiyası ilə inanılmaz dərəcədə dramatik ev oyunu ilə başladılar. Komandalar ilk hissədə azərkeşləri qolla sevindirməsələr də, ikinci yarıda əsl futbol şousu göstərdilər. 87-ci dəqiqəyə qədər “Byankonneri” 2:4 hesabı ilə uduzurdular, lakin təslim olmadılar və kompensasiya olunmuş vaxtda məğlubiyyətdən qurtulmağı bacardılar (4:4).

    2-ci turda İqor Tudorun komandası səfərdə Villarreal üzərində iradəli qələbə ilə azərkeşlərini sevindirə bilərdi, lakin keçmiş mövsümdə icarə əsasında Turində çıxış edən Renatu Vayqa buna mane oldu. Onun 90-cı dəqiqədə vurduğu qol “Sarı sualtı qayıq” üçün 2:2 hesablı heç-heçəni təmin etdi və Yuventusun Çempionlar Liqasındakı səfər oyunlarında qələbəsiz seriyası davam etdi – komanda 2024-cü ilin oktyabrından bəri rəqib meydanında qalib gəlmir. Bu müddət ərzində İtaliyanın ən titullu klubu 5 oyun keçirib, onlardan 4-də heç-heçə edib və 1 dəfə məğlub olub.

    Cari A Seriyası mövsümündə “Byankoneri” hələ məğlub olmayıb, lakin 6 turdan sonra turnir cədvəlində cəmi beşinci yerdə qərarlaşıb. Səbəb – çoxsaylı heç-heçə nəticələridir. Yuventus hələ bu mövsüm Çempionlar Liqasında da qələbə qazanmayıb, amma “Santyaqo Bernabeu”dakı heç-heçə İtaliya nəhənginin azərkeşlərini çox da məyus etməyəcək.

    Üz-üzə görüşlər

    İki komanda arasında şəxsi qarşılaşmalarda üstünlük İspaniya klubunun tərəfindədir. Yuventus 9 oyunda qalib gəlib, Realın isə aktivində 11 qələbə var, onlardan ikisi Çempionlar Liqasının final matçlarında qazanılıb. Komandalar iki dəfə heç-heçə oynayıblar. Madrid klubu 27 qol vurub, “Byankoneri” isə 25 dəfə fərqlənib.

    Bu ilin iyul ayında Avropa futbolunun nəhəngləri Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində qarşılaşıblar. O vaxt Qonsalo Qarsiyanın vurduğu qol Realın 1:0 hesablı qələbəsini təmin etmişdi.

    Ekspertlərin fikrincə, qarşıdakı duel­də favorit Real hesab olunur. Onun qələbəsinə 1.536 əmsalı ilə mərc etmək mümkündür, Yuventusun potensial qələbəsi 5.65, heç-heçə nəticəsi isə 4.42 əmsalla qiymətləndirilir.

    Çempionlar Liqası oyunlarından MelBet ilə zövq al! Sən heç bir əsaslı MelBet şikayet  tapmayacaqsan, çünki bu, qüsursuz reputasiyaya malik etibarlı mərc brendidir və FK Yuventusun MENA və Afrika regionlarındakı Regional Tərəfdaşıdır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni