More

    ZFC-Qrapplinq üzrə Dünya Çempionatına yola düşən Azərbaycan yığma komandasının üzvləri yola salınıb

    Bu gün Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov, federasiyanın vitse-prezidenti Hüseynəli Abbaslı, Zeyd İdman Mərkəzinin prezidenti Vüqar Tağıyev və mərkəzin nümayəndələri Qazaxıstanda keçiriləcək Qrapplinq üzrə Dünya Çempionatına yola düşən Azərbaycan yığma komandasının üzvləri ilə görüş keçiriblər.

    Sport-az.com xəbər verir ki, görüş zamanı federasiya prezidenti və digər məsul şəxslər komandanın hazırlığı və qarşıdakı yarışın əhəmiyyəti barədə danışıb, hakimlərə, məşqçilərə və idmançılara tövsiyələrini veriblər. ZFC rəhbərliyi idmançılara öz dəstəklərini ifadə edib və daim yığmanın yanında olduqlarını vurğulayıblar.

    Hakim heyətinin rəhbəri Elvin Rəhimov və baş məşqçi Əkbər Hadıyev çıxış edərək yığma komandasının yarışa tam hazır olduğunu qeyd ediblər və federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Görüş zamanı yığma üzvlərinə yeni idman geyimləri təqdim olunub.

    Görüşün sonunda xatirə şəkili çəkilib.

    Xatırladaq ki, 7-12 oktyabr tarixlərində Qazaxıstanın Astana şəhərində qrapplinq üzrə Dünya Çempionatı keçiriləcək və Azərbaycanı 40 nəfərlik heyət təmsil edəcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni