More

    “Sabah”ın basketbolçusu Deandre Bolduin FİBA Avropa kubokunun tarixinə düşüb

    “Sabah” klubunun basketbolçusu Deandre Bolduin FİBA Avropa kubokunun tarixinə adını yazdırıb.

    Sport-az.com xəbər verir ki, 28 yaşlı amerikalı oyunçu bu uğura turnirin I turunda Belçikanın “Spirou” klubuna qarşı keçirilən oyunda nail olub. Komandası 81:82 hesabı ilə məğlub olsa da, Bolduin oyunun qəhrəmanı olub və təkbaşına 39 xal toplayaraq əsl tarixi nəticəyə imza atıb.

    Deandre Bolduin bu nəticə ilə FİBA Avropa kubokunun tarixində ən çox xal toplayan oyunçulardan biri olub. O, bu göstərici ilə Con Roberson (“Elan Çalon”), Spenser Batterfild (“Nanter”) və Omar Kallun Kataya (“Basket39”) ilə eyni səviyyəyə yüksəlib. Hər üç oyunçu da müvafiq olaraq 2017 və 2019-cu illərdə 39 xal toplamağı bacarıblar.

    Bolduini rekorddan sadəcə iki xal ayırıb. FİBA Avropa kubokunun tarixində ən çox xal toplayan basketbolçu Trey Qoldendir, o, 2020-ci ilin martında 41 xal yığıb. Bundan əvvəl isə rekord Raşaun Tomasa (“Dinamo Sassari”) məxsus idi – 40 xal.

    Deandre Bolduin 39 və daha çox xal toplayan 6-cı basketbolçu olaraq tarixə düşüb. O, atışlarda 76 faiz dəqiqlik göstərib, 7 ribaund və 3 ötürmə ilə də komandasına böyük töhfə verib. Oyunçunun faydalılıq reytinqi isə 43 bal olub.

    Qeyd edək ki, FİBA Avropa kuboku 2015-ci ildən keçirilir və bu nəticələr turnirin tarixinə əhəmiyyətli izlər buraxır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni