More

    Petkoviç Benziaya şans vermədi

    “Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair millisinin heyətində Afrika Millətlər Kubokunun 3-cü tur oyununda iştirak etməyib.

    Sport-az.com xəbər verir ki, Əlcəzair millisi Toqo ilə qarşılaşıb və 5:1 hesabı ilə qələbə qazanıb. Lakin baş məşqçi Vladimir Petkoviç bu matçda Benziaya şans verməyib və futbolçu oyunu sona qədər ehtiyatda izləyib.

    Qeyd edək ki, Əlcəzair millisi E qrupunda 9 xalla liderliyini davam etdirir. Komanda Toqo ilə yanaşı, Ekvatorial Qvineya və Liberiya ilə də mübarizə aparır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni