Almaniya millisinin sabiq futbolçusu Lukaş Podolski peşəkar futbol karyerasını başa vurdu.
Sport-az.com xəbər verir ki, 39 yaşlı hücumçu üçün vida matçı təşkil olunub. Bu xüsusi oyunda tribunalar 50 min azarkeşi bir araya gətirib. Podolskinin son klubu “Qurnik”lə (Polşa) peşəkar karyerasına başladığı “Köln” arasında keçirilən oyundan sonra futbolçu göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, Lukaş Podolski karyerası ərzində “Köln”, “Bavariya”, “Arsenal”, “İnter”, “Qalatasaray”, “Antalyaspor” kimi klublarda çıxış edib. O, Almaniya millisində 130 oyunda 49 qol vurub və biri dünya çempionluğu olmaqla ümumilikdə 11 titul qazanıb.