“Real Madrid”in və Fransa millisinin yarımmüdafiəçisi Eduardu Kamavinqa həm klubda, həm də milli komandada komanda yoldaşı olan Kilian Mbappe ilə münasibətləri haqqında fikirlərini bölüşüb.
Sport-az.com xəbər verir ki, tanınmış insayder Fabritsio Romano bu açıqlamaları öz şəxsi “X” hesabında yayımlayıb.
Kamavinqa deyib:
“Mbappeni “Real”da hamı sevir. Əvvəla, o, ispanca yaxşı danışır və bu, onun komandada işini asanlaşdırır. Mbappe sadə və ciddi insandır. Paltardəyişmə otağına çox tez uyğunlaşdı və bu, hamımızı sevindirir.”
Xatırladaq ki, Mbappe bu yay PSJ-dən ayrılaraq azad agent olaraq “Real Madrid”ə keçib.