Argentina millisinin superulduzu Lionel Messi, milli komandaya qayıdışı və DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Venesuelaya qarşı keçirilən səfər oyunu (1:1) ilə bağlı fikirlərini bölüşüb.
Sport-az.com xəbər verir ki, Argentina millisinin mətbuat xidməti Messinin açıqlamalarını yayıb:
“Yenidən oynamaq fürsətini çox gözləyirdim. Uzun müddət klubda meydana çıxmadım və qayıtmağı səbirsizliklə gözlədim. Millinin formasını yenidən geyindiyim üçün çox xoşbəxtəm.
Lakin həqiqət budur ki, bu oyunda oynamaq çox çətin idi. Matç ağır və meydan baxımsız vəziyyətdə idi, istədiyimiz oyunu göstərməyə imkan vermədi. Belə şəraitə hazır olmasaq da, mübarizə aparmağa və rəqibin səhvlərindən istifadə etməyə tam hazır idik.”