More

    Azərbaycan Basketbol Liqasında VII tur: Sumqayıt – Naxçıvan oyunu keçiriləcək

    Bu gün Azərbaycan Basketbol Liqasında VII turun növbəti oyunu baş tutacaq. B qrupunda mübarizə aparan “Sumqayıt” komandası saat 19:00-da Sumqayıt Olimpiya İdman Kompleksində “Naxçıvan” klubu ilə qarşılaşacaq.

    Hazırda “Naxçıvan” qrupda 10 xal toplayaraq ikinci yerdədir, “Sumqayıt” isə 8 xalla sonuncu – altıncı pillədə qərarlaşıb. Gərgin keçməsi gözlənilən bu oyunda hər iki komandanın qələbə üçün böyük motivasiyası var.

    Qeyd edək ki, turun əvvəlki gün keçirilən qarşılaşmasında “Lənkəran” “Sərhədçi”ni 83:78 hesabı ilə məğlub edib. VII tur noyabrın 16-da yekunlaşacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni