More

    “Barselona” Haalandı transfer etmək niyyətindədir

    “Barselona” klubu “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland ilə müqavilə imzalamaq niyyətindədir.

    Sport-az.com xəbər verir ki, bu barədə İspaniyanın “Sport.es” nəşri məlumat yayıb. Bildirilir ki, “Barselona”nın prezidenti Joan Laporta klubda çalışdığı müddətdə ən azı bir böyük transfer həyata keçirməyi planlaşdırır. Onun məqsədi 2025 və ya 2026-cı ildə Haalandı Kataloniya klubuna gətirməkdir.

    Qeyd edək ki, Erlinq Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir və klubla müqaviləsi 2027-ci ilə qədərdir. Norveçli ulduzun transfer dəyəri hazırda 200 milyon avro kimi qiymətləndirilir.

    Bu mövsüm Haaland bütün turnirlərdə 10 matçda iştirak edib və 11 qol vurub.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni