DÇ-2026-nın seçmə mərhələsinin 10-cu turunda Argentina millisi Boliviyanı 6:0 hesabı ilə məğlub edib. Bu oyunda Lionel Messi növbəti uğura imza atıb.
Sport-az.com xəbər verir ki, oyunda 3 qol vuran və 2 məhsuldar ötürmə edən Messi milli komandalar tarixində ən yaxşı bombardirlər siyahısında 2-ci yerə yüksəlib. 37 yaşlı futbolçu 189-cu oyunda qollarının sayını 112-yə çatdıraraq, İran millisinin azərbaycanlı sabiq hücumçusu Əli Daeini (109 qol) geridə qoyub.
Messi hazırda yalnız Kriştianu Ronaldudan (133 qol) geri qalır.