Sabah – Maroussi oyunu bu gün İctimai TV-də CANLI YAYIMLANACAQ

Bu gün, 16 oktyabr 2024-cü il tarixində “Sabah” BK (Azərbaycan) və Maroussi BK (Yunanıstan) komandaları arasında FIBA Avropa Kubokunun müntəzəm mövsümünün 2-ci turu çərçivəsində oyun keçiriləcək.

Sport-az xəbər verir ki, oyun Bakı İdman Sarayında saat 19:00-da start götürəcək və İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq. Həmçinin oyunu İctimai TV-nin rəsmi Youtube səhifəsində də izləmək mümkündür.

Oyun üçün biletlərin qiyməti 2,5 – 10 manat arasında dəyişir və biletləri “iticket.az” platformasından əldə etmək olar.

İdmançılara uğurlar, azarkeşlərə isə maraqlı izləmə arzu edirik!

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni