More

    Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında

    Azərbaycanın üç boksçusu Bolqarıstanın Sofiya şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

    Sport-az.com xəbər verir ki, 48 kq çəki dərəcəsində Tural Sarıyev yarımfinalda Türkiyə təmsilçisi Samet Oruc Salihi 4:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. O, həlledici qarşılaşmada İrlandiyalı Luis Runi ilə üz-üzə gələcək.

    51 kq-da Nicat Hüseynov da uğurla çıxış edərək, serbiyalı Omer Ametoviçə 5:0 hesabı ilə qalib gəlib. O, finalda Ermənistan təmsilçisi Rudolf Qarboyanla döyüşəcək.

    80 kq çəkidə mübarizə aparan Murad Allahverdiyev isə serbiyalı Ahmed Mavriçi 5:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Allahverdiyev finalda fransalı Sezar Yojerlinlə qarşılaşacaq.

    Final görüşləri 19 və 20 oktyabr tarixlərində baş tutacaq.

    Qeyd edək ki, boksçularımızdan Marjona Savriyeva (50 kq) Avropa çempionatında bürünc medalla kifayətlənib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni