“İnter Mayami” və Argentina millisinin ulduz hücumçusu Lionel Messi futbol tarixində ən çox titul qazanan oyunçu olaraq xüsusi mükafata layiq görülüb.
Sport-az.com xəbər verir ki, bu mükafat 37 yaşlı superulduza “Marca” nəşrinin direktoru Xuan İqnasio Qalyardo tərəfindən təqdim edilib.
Mükafatlandırma mərasimi “İnter Mayami”nin ev oyunlarını keçirdiyi stadionda baş tutub.
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayında MLS-də çıxış edən “İnter Mayami”yə qoşulub. O, karyerası ərzində 46 komanda və 56 fərdi mükafat qazanaraq dünya futbol tarixində rekord sahibidir.