Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında bu gün sərbəst güləşçilər yarışa başlayacaq.
Sport-az.com xəbər verir ki, Azərbaycan millisi beş çəki dərəcəsində təmsil olunacaq.
- 61 kq: İlk mərhələdə Ruslan Abdullayev ev sahibi Endrio Avdili (Albaniya) ilə qarşılaşacaq.
- 74 kq: Cəbrayıl Qacıyev təsnifat mərhələsində almaniyalı David Volfla güləşəcək.
- 86 kq: Arseni Coyev ilk olaraq David Morodion (Almaniya) ilə üz-üzə gələcək.
- 92 kq: Abdulcəlil Şabanov 1/8 finalda Yunanıstanlı Qkivi Bliatze və latviyalı Aleksanders Pirozniks duelinin qalibi ilə mübarizə aparacaq.
- 125 kq: Aydın Əhmədov isə Çin təmsilçisi Jinhai Vanqla qarşılaşacaq.
Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) və Xasay Həsənli (77 kq) bürünc medal qazanıblar.



