Türkiyənin “Alanyaspor” klubunun baş məşqçisi Fatih Tekke istefa verib.
Sport-az.com xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 47 yaşlı mütəxəssis Superliqanın 11-ci turunda “Bodrumspor” ilə səfərdə qolsuz heç-heçə etdikləri oyundan sonra qərarını açıqlayıb.
Hal-hazırda “Alanyaspor” Superliqada 10 xalla 15-ci pillədədir.
Qeyd edək ki, Fatih Tekke bu ilin yayından “Alanyaspor”u çalışdırırdı. Türkiyə millisinin sabiq hücumçusu daha əvvəl “Boluspor”, “Manisaspor”, “Denizlispor”, “Bursaspor” və “İstanbulspor” klublarında da məşqçilik edib.