Azərbaycan cüdoçuları 9-10 noyabr tarixlərində Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçiriləcək Dünya Kata Çempionatında iştirak edəcəklər.
Sport-az.com xəbər verir ki, 32 ölkədən 282 idmançının mübarizə aparacağı yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə bacarıqlarını nümayiş etdirəcəklər.
Nage-no-Kata üzrə iştirakçılar:
- Malik Alahverdiyev – tori (hücum edən idmançı)
- Samir İsmayılov – uke (hücum edilən idmançı)
- İsmayıl Rzayev – tori
- İbrahim Aslanov – uke
Katame-no-Kata üzrə iştirakçılar:
- Rafiq Nəcəfov – tori
- Əmrah Əhmədov – uke
Azərbaycanın güclü cüdo komandası bu çempionatda yüksək nəticələr əldə etməyi hədəfləyir.



