More

    “Qarabağ” Turnir Cədvəlində Sonuncudur, Amma…” – “Budyo Qlimt”in Baş Məşqçisi

    UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda sabah “Qarabağ”ı qəbul edəcək “Budyo Qlimt” klubunun baş məşqçisi Hyetil Knutsen matç öncəsi fikirlərini bölüşüb.

    Sport-az.com xəbər verir ki, 56 yaşlı mütəxəssis mətbuat konfransında bu sözləri deyib:

    “Qarabağ” turnir cədvəlində sonuncudur, amma buna fikir verməməliyik. Sabahkı görüşdə hər şeyə hazır olmalıyıq. Avrokuboklarda hər oyun çətin keçir. “Qarabağ”ın da güclü və zəif tərəfləri var.”

    Knutsen əlavə edib ki, “Qarabağ”ın güclü mübarizə aparmaq bacarığına sahib olduğunu vurğulayaraq belə deyib:

    “Bakıda 11 nəfərlə “Ayaks”a qarşı çox yaxşı mübarizə aparırdılar. “Qarabağ” azlıqda qaldıqdan sonra uduzdu.”

    Qeyd edək ki, “Budyo Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni